Həyata keçirilən növbəti layihə


Baxıldı : 259

Tarix : 2015-11-06 04:10:00


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İstehsalat Proseslərinin Avtomatlaşdırılması Fakültəsi (İPAF), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin asudə vaxtlarının səmərəli keçirməsini həmişə diqqət mərkəzində saxlayır. Mütəmadi olaraq müxtəlif diskussiyalar aparılır, istehsalat təcrübəsi keçirilir, ekskursiyalar təşkil olunur. Tələbələrin biliklərinin daha effektli şəkildə artırılmasına səy göstərilir.İPAF THİK tərəfindən həyata keçirilən növbəti layihə əl işləri\ ilə bağlı olub. Burada əsas diqqət xanımların zövq dairəsinə daxil olan toxuculuq, zərgərlik məmulatları və daş-qaşlarla müxtəlif əl işlərinin hazırlanması, boyama və sairə kimi yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirlməsinə yönəlib. Tələbə qızlarda bu sahəyə marağın artırılması üçün Əl işləri\ dərnəyinin yaradılması nəzərdə tutulub. Dərnəkdə xanımlar əl işlərini bir yerdə hazırlayacaq və eyni zamanda bu sahənin peşəkarlarından bir sıra yenilikləri də öyrənəcəklər. AZƏR