Əhali sığorta haqqında məlumatsızdır


Baxıldı : 271

Tarix : 2015-02-07 13:39:00


Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görə, Fond tərəfindən keçirilən \ Hansı məsələlər barədə daha ətraflı məlumatlandırılmağa ehtiyac duyursunuz\ interaktiv sorğu başa çatıb. Sorğuda iştirak edənlərin 42,83 faizi sosial sığorta haqqında ətraflı məlumatlandırılmağa ehtiyac duyduğunu bildirib. Respondentlərin 40,05 faizinin fikrincə, əmək pensiyaları haqqında ətraflı informasiyaya ehtiyac var. Rəy bildirənlərin 17,12 faizi isə fərdi uçot sistemi ilə bağlı ətraflı məlumat almaq istəyini ifadə edib. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. \ Elektron hökumət\ portalının statistikasına əsasən, DSMF-in göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. 2014-cü ildə Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək \ Elektron hökumət\ portalına inteqrasiya edilib. İl ərzində Fondun həm öz saytı, həm də \ Elektron hökumət portalı\ və \ Elektron ödəniş portalı\ vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb.Ötən dövr ərzində bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Belə ki, \ Doing Business 2015\ hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.Prezident İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən \ Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya\ ya uyğun olaraq, DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Eyni zamanda bu məqsədlə 4 sayda mərkəzi, 16 sayda regional təqdimat keçirilib. Bakı şəhərinin müxtəlif yerlərində quraşdırılan monitor və banerlərdə sığorta-pensiya sisteminin fəaliyyətini əks etdirən reklam xarakterli məlumatlar yerləşdirilib. Həmçinin əhalini DSMF-in elektron xidmətlərindən istifadə etməyə çağıran sosial reklam çarxı hazırlanaraq telekanallarda yayımlanıb.AZƏR