Haqlı mübarizəmizdən dönməyəcəyik


Baxıldı : 71

Tarix : 2017-05-27 00:32:45


Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (BNİF) bir qolu olan Avropa Nəqliyyat İşçiləri Federasiyası (ANİF) İspaniyanın Barselona şəhərində 5-ci konqresini keçirib. "Avropa üçün adil nəqliyyat-sosial ədalət, birlik" devizi altında baş tutan konqresdə təhlükəsiz daşınma siyasəti, işçilərin hüquqlarının qorunmasına diqqət, beynəlxalq birliyin yaradılması, ölkədən kənarda üzvlərin fəaliyyətinin təşkili,  müxtəlif yollarla potensialın genişləndirilməsi kimi məsələlər müzakirə edilib.

 Konqresdə çıxış edən BNİF-in baş katibi Paddi Krumlin rəhbərlik etdiyi qurumun üzvlərinin Avropada və başqa yerlərdə bir sıra çətinliklərlə qarşılaşdığını diqqətə çatdırıb. Bəzi ölkələrdə hazırda apardıqları mübarizə haqqında məlumat verib. Ələ düşən fürsətlərin dəyərləndirilməsinin vacibliyini vurğulayıb.  ANİF-in baş katibi Eduardo Çaqas isə bildirib ki, bu konqres nəqliyyat sektorunun gələcəyini formalaşdıracaq: "Sosial basqıların aradan qaldırılması, 3,5 milyona yaxın üzvümüzün iş və yaşayış şəraitinin yaxşılaşdırılması üçün haqlı mübarizəmizdən dönməyəcəyik".

Konqresin nəticələri Sinqapurda keçiriləcək növbəti toplantıda ictimaiyyətə açıqlanacaq.

Cavid SƏFƏROV