Haqlı mübarizəmizin ilk  günlərindən maddi və mənəvi  dayaq olmağa çalışırıq


Baxıldı : 52

Tarix : 2020-10-17 14:45:23



Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin  sədri Hafiz Kərimov bildirdi ki, sədri olduğu komitənin əməkdaşları mütəmadi olaraq döyüş bölgələrinə gedir, cəbhədə vuruşan əsgərlərimizə maddi və mənəvi dayaq olmağa çalışırlar. H.Kərimov xüsusilə cəbhə bölgəsində döyüşlərdə iştirak edən əsgər ailələri ilə müntəzəm əlaqə saxlanıldığını və  onlara lazımi kömək göstərildiyini dedi. Son vaxtlarda rayonun təhsil işçiləri cəbhənin Tərtər, Bərdə bölgəsində olmuşlar. Bundan əlavə, döyüşlərdə şəhid olmuş aztəminatlı əsgər ailələrinə maddi yardımlar edilir, onlar daim diqqətdə saxlanılır. 
Hafiz müəllim inamla dedi ki, bu gün cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmiş Azərbaycan xalqı torpaqlarımızı mənfur düşmənlərdən azad edəcək və dövlətimizin ərazi bütövlüyü bərpa olunacaq.