Haqq mübarizəsi  uğrunda


Baxıldı : 34

Tarix : 2020-10-17 13:59:05



Tarixi torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində aparılan Vətən müharibəsində Mingəçevir Dövlət Universitetinin (MDU) bir neçə əməkdaşı və məzunu da iştirak edir.
MDU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri MDU-nun kafedra müdirinin ailə üzvlərini ziyarət ediblər.
Görüşdə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatların xalqımız tərəfindən böyük sevinclə qarşılandığı qeyd olunub. Hazırda yaşından, mövqeyindən və statusundan asılı olmayaraq, hər kəsin erməni işğalına son qoyulması üçün haqq mübarizəsinə həvəslə qoşulduğu diqqətə çatdırılıb.
MDU-da mütəxəssis hazırlığında fəal iştirak edən kafedra müdirinin erməni terroruna qarşı mübarizədə ön sıralarda olmasının kollektiv üzvlərində fəxarət hissi yaratdığı bildirilib. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbələrin önəminin vurğulandığı görüşdə işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə edilib.
MDU-nun kafedra müdirinin ailə üzvləri göstərilən diqqətə görə universitetin kollektivinə təşəkkür ediblər.
Qeyd olunub ki, kafedra müdiri ilə bərabər MDU-nun bir neçə müəllimi və texniki əməkdaşı da hazırda ön cəbhədədir.