Hava nəqliyyatında çalışanların həmrəylik nümayişi


Baxıldı : 50

Tarix : 2017-08-04 20:30:14


Kanadanın Toronto şəhərində yerləşən "Pearson Beynəlxalq Hava Limanı" işçiləri avqustun 2-də Toronto Hava Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının (THNİHİ) təşkil etdiyi birlik toplantısında iştirak edib. THNİHİ Kanada Sosial İşçilər İttifaqı, Beynəlxalq Mexaniklər və Hava Nəqliyyatı Mütəxəssisləri Birliyi (BMHNMB), "Teamsters" və "Unifor" kimi həmkarlar ittifaqı təşkilatlarına üzv olan hava nəqliyyatı işçilərini tərkibində birləşdirir. Toplantının keçirilməsində məqsəd  qarşılıqlı əlaqələrin gücləndirilməsi, işçilərin məlumatlandırılması və Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (BNİF) hava nəqliyyatında çalışanların əmək standartlarının yüksəldilməsi ilə bağlı proqrama dəstək verilməsi olub.

BMHNMB-nin direktoru Mixael Korrado toplantıda çıxış edərək  birliklər arasında həmrəyliyin sivil iş şəraitinin yaradılmasında önəmli rola malik olduğunu qeyd edib.

Toplantıda həmçinin "Swissport" şirkətində "Teamsters" ittifaqının təşkilatçılığı ilə keçirilən tətil və onun nəticələri müzakirə olunub.

 

Cavid SƏFƏROV