Öhdəliklər yerinə yetirilib


Baxıldı : 138

Tarix : 2015-02-07 13:13:00


TİAHİ Kəlbəcər Rayon Komitəsinin sədri B.Əliyev bildirdi ki, ilk təşkilatlarda hesabat-seçki yığıncaqlarının keçirilməsi barədə sahə Hİ Respublika Komitəsi Rəyasət Heyətinin qərarına əsasən, bir sıra işlər görülmüşdür. Zonalar üzrə (üzv təşkilatların yerləşdiyi rayonlarda) seminar- müşavirələr keçirilmiş, dinləyicilər qərarla tanış edilmişlər. Bundan başqa, rayon komitəsində keçirilmiş yığıncaqda qərardan irəli gələn vəzifələrin diqqətdə saxlanılması, hesabat-seçki yığıncaqlarının təlimata uyğun keçirilməsi barədə konkret tapşırıqlar verilmişdir. Üzv təşkilatların seçkili orqanlarında ehtiyat qüvvələrin tərkibini nəzərdən keçirməklə gənclərin namizədliyinin fəal şəkildə irəli sürülməsini təmin etmək tövsiyə olunmuşdur. Rayon komitəsinin əhatə etdiyi üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqlarının cədvəli hazırlanıb ünvanlarına əvvəlcədən çatdırılmışdır. Cədvələ uyğun olaraq yanvarın 6-dan etibarən hesabat -seçki yığıncaqlarının keçirilməsinə start verilmişdir. Yanvarın 26-dək 48 üzv təşkilatda hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqlarda çıxış edənlər kollektiv müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirildiyini bildirmişlər. Hesabat-seçki yığıncağı keçirilmiş üzv təşkilatlarda təlimat pozuntusuna yol verilməmişdir. Rayon komitəsindən bildirilir ki, bundan sonra da üzv təşkilatlarda hesabat -seçki yığıncaqlarının təlimata uyğun, obyektiv şəkildə aparılmasına nəzarət daha da gücləndiriləcək. B.RZAYEV