Həlli vacib məsələlər ciddi müzakirə olundu


Baxıldı : 138

Tarix : 2017-04-29 00:39:26


Bu günlərdə Sumqayıt Telekommunikasiya Qovşağı Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirildi. Hesabat məruzəsi ilə çıxış edən komitə sədri Məmməd Əliyev dedi ki, kollektiv müqavilənin bütün bəndləri, demək olar ki, tam yerinə yetirilmişdir. Xüsusilə əməyin mühafizəsinə diqqət artırılmış, iş yerlərində əmək şəraitinin yüksəlməsi, təhlükəsizliyi təmin edən profilaktik tədbirlərin həyata keçirilməsi təmin edilmiş, mütəxəssislərə pulsuz xüsusi geyim, ayaqqabı, fərdi mühafizə vasitələri verilmişdir.

Hər ilin əvvəlində əməyin mühafizəsi və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə ayrılıqda tədbirlər planı hazırlanıb və icrası daima nəzarətdə saxlanılır. 

Bütün bu sadaladıqlarımıza, görülmüş işlərə baxmayaraq, qovşaqda işçilərin əmək şəraitinin yaxşılaşdırılması və yanğın hadisələrinin aradan qaldırılması istiqamətində həlli vacib olan işlərin görülməsinə ehtiyac var.

Məruzə ətrafında çıxışlarda təklif olundu ki, AHİK-in qarşıdan gələn qurultayında millət vəkili Səttar Möhbalıyevin yenidən AHİK sədri vəzifəsinə namizədliyi irəli sürülsün və dəstəklənsin.

Tədbirdə "Aztelekom"  MMC-nin BHİK Bakı-1 şöbəsinin sədri Bəylər Qurbanov çıxış etdi, komitənin yeni seçilən heyətinə tövsiyələrini verdi.

Ə. İBADOV