Həm məlumat əldə etdilər, həm də əyləndilər


Baxıldı : 134

Tarix : 2017-12-27 19:00:55


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun Həmkarlar İttifaqı Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə 40 nəfər əməkdaş Şamaxı rayonunda korporativ səfərdə oldu.

Səfər çərçivəsində əməkdaşlar AMEA Nəsrəddin Tusi adına  Şamaxı Astrofizika Rəsədxanasının ərazisi ilə tanış olmuş, elmi-tədqiqat laboratoriyalarında aparılan işlər haqqında məlumatlar almış, astrofizika muzeyini ziyarət edərək müxtəlif eksponat və hadisələr haqqında informasiya əldə etmişlər. Bundan başqa, institutun əməkdaşları Rəsədxana ərazisindəki teleskoplardan göy cisimlərini əyani şəkildə müşahidə etmiş, astrofiziklər tərəfindən onlara bu haqda maraqlı məlumatlar verilmişdir.

Həmçinin, səfər iştirakçılarına rəsədxana ərazisində tikilmiş və müasir standartlara cavab verən istirahət kotteclərində gecələmələri üçün şərait yaradılmışdır. Növbəti gün qonaqlar Zarat kəndində yerləşən Etnoqrafiya muzeyini və digər tarixi-mədəni obyektləri ziyarət etmişlər. Səfərin sonunda əməkdaşlar Yeni il və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ziyafət şənliyi keçirmiş, bu tədbir və səfərin təşkil edilməsinə görə Azad Həmkarlar İttifaqına təşəkkürlərini bildirmişlər.                                       

Bəyalı RZAYEV