Həmkarlar ittifaqı gənclərin  kampaniyasını bəyənib


Baxıldı : 61

Tarix : 2019-08-30 16:52:30


BMT-nin sentyabrın 20-nə təyin etdiyi iqlim sammiti öncəsi dünyanın bir çox yerində gənclər vəziyyətin ciddiliyini  diqqətə çatdırmaq üçün  qlobal aksiya keçirməyə başlayıb. Afrikada və Amazon meşələrində yanğınlar  iyul ayında ən isti temperaturun qeydə alınması qlobal iqlim böhranının göstəricisidir.

Aksiyaya bir sıra təşkilatlardan, məktəb və universitetlərdən gündən- günə verilən dəstək böyüməkdədir. Aksiyanın bir hissəsi kimi sentyabrın 20-də böyük tətil planlaşdırılır.

Həmkarlar ittifaqları da bu aksiyaya dəstək veriblər. Avstraliya Milli Təhsil Birliyi, Milli Dəniz Birliyi və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı kampaniyaya dəstəyini rəsmi səhifəsindən elan edib. Təşkilatlar üzvlərini dəstək verməyə və iqlim dəyişikliyinə qarşı birləşən gənclərin yanında olmağa çağırıb.

Avstraliyanın Milli Təhsil Birliyinə daxil olan bölgə təşkilatlarında qlobal iqlim böhranına qarşı keçiriləcək aksiya öncəsi maarifləndirmə və təşviq işləri aparılıb.