Həmkarlar ittifaqı kadr və fəalları üçün tədris ili başlayıb


Baxıldı : 41

Tarix : 2018-10-06 05:20:24


Sentyabrın 3-dən həmkarlar ittifaqı kadrları və fəalları üçün kurslar başlayıb. İndiyədək kurslarda 113 nəfər iştirak edib. Onlardan 37 nəfəri yeni seçilmiş HİK sədri və 76 nəfəri iş təcrübəsi olan Hİ işçisidir.

Kurslar “Müəssisənin (təşkilatın) müasir tələblərlə arxivləşdirmə və sənədlərin saxlanılması”, “Həmkarlar ittifaqı təşkilatı: hüquqlar, zəmanətlər, fəaliyyətinin əsas istiqamətləri”, “Həmkarlar ittifaqı təşkilatının fəaliyyətində internet-texnologiyalar” mövzuları üzrə keçirilib.

Məşğələlərə mühazirə oxumaq üçün Milli Arxiv İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Xəzər Universitetinin, Bakı Ali Neft Məktəbinin, “ASAN xidmət”in əməkdaşları, həmçinin AHİK-in məsul işçiləri dəvət olunub.

Kursların dinləyiciləri “Sənəd dövriyyəsinin təşkili”, “Sənədlərin cari saxlanılması, sənədlərin qorunmasının təminatı”, “Sənədlərin idarə olunması xidmətinin təşkili”, “Kargüzarlıq üzrə müasir normativ-metodik bazası”, “Müəssisədə arxivin təşkili”, “İşgüzar ünsiyyətin psixologiyası, ünsiyyət modelləri”, “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı və həmkarlar ittifaqı hərəkatının inkişafının xüsusiyyətləri haqqında”, “Həmkarlar ittifaqı orqanayzinq və həmkarlar ittifaqlarına cəlb edilməsinin üsulları”, “Sosial tərəfdaşlıq sistemində həmkarlar ittifaqı təşkilatının yeri; “Həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin hüquqi əsasları”, o cümlədən konvensiyalar (“Assosiasiya azadlığı və təşkilatlanma hüququnun müdafiəsi haqqında” Konvensiya (№87), “Əməkçilərin nümayəndələri haqqında” Konvensiya (№ 135), 1971, Təşkilat və Kollektiv Görüş Konvensiyası, (№ 98) 1949 Təşkilat və Kollektiv Əmək Mübadiləsi Prinsiplərinin tətbiqinə dair Konvensiya, 18 iyul 1951), “Azərbaycan Respublikasının qanunvericiliyinin əmək mühafizəsi haqqında əsas müddəaları”, “Azərbaycan Respublikasının pensiya qanunvericiliyi: dəyişikliklər, əlavələr, yeniliklər”, “Kollektiv müqavilə: anlayış, fəaliyyət, quruluşu, məzmunu, tərəflərin məsuliyyəti, əlavələri və dəyişikliklər”, “Həmkarlar ittifaqı təşkilatında maliyyə işi”, “Həmkarlar ittifaqı təşkilatının fəaliyyətində internet resurslarından istifadəsi”, “İnternetin əsas xidmətləri və genetik qaydaları, İnternet və intellektual əmək”, “Dinləmə və izahetmə bacarıqları”, “Həmkarlar ittifaqlarının imicinin formalaşmasında effektli vasitə kimi müasir PR-texnologiyalar” adı altında təşkil olunan praktik məşğələlərdə iştirak ediblər. Onlarda H.Əliyev adına Neft Emalı Zavodunun və Metropoliten İşçiləri Hİ-nin Hərəkət Xidməti həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsi xüsusi maraq doğurdu.

Praktik məşğələlərdə “Əmək Məcəlləsi: dəyişikliklər, yeniliklər və əlavələr”, “Kollektiv müqavilə: anlayış, fəaliyyət, quruluşu, məzmunu, tərəflərin məsulliyəti, əlavələri və dəyişikliklər”, “Kollektiv və fərdi əmək mübahisələri” mövzularında testlər aparıldı. Slaydlar təqdim olundu. Kiçik qruplarda tapşırıqlar təhlil edildi. Hər kursun axırında dinləyicilər onlara paylanmış anketlərdə təklif və arzularını yazdılar.