Həmkarlar ittifaqı kursları başlayıb


Baxıldı : 45

Tarix : 2018-04-14 01:04:56


 

Aprelin 3-dən Azərbaycan  Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqları kadr və fəallarının 2018-ci il üçün təhsil planının icrasına başlanılıb. 751  nəfər həmkarlar ittifaqı işçisinin təlimləndirilməsi planlaşdırılır. 10 günlük kurslarda 18 nəfər, 5 günlük kurslarda 120 nəfər, 3 günlük kurslarda 409 nəfər, 2 günlük kurslarda 204 nəfər iştirak edəcək.

Yeni seçilmiş həmkarlar ittifaqı kadr və fəalları üçün  (komissiya sədrləri, həmkarlar ittifaqı komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları) tematik kurslar təşkil olunacaq.  İlk dəfə seçilmiş həmkarlar ittifaqı komitə sədrləri, təşkilati işlər üzrə komissiya  sədrləri, həmkarlar ittifaqı fəalları 5 günlük kurslarda “Həmkarlar ittifaqı təşkilatında təşkilat işinin nəzəriyyəsi və praktikası” mövzusunda mühazirələr dinləyəcəklər. Yeni seçilən həmkarlar ittifaqı komitə sədrıəri və müavinləri, əmək və  sosial müdafiə komissiyasının üzvləri üçün “Kollektiv müqavilə: hazırlanma texnologiyası və bağlanmasının qaydaları” mövzusu üzrə kurslar nəzərdə tutulmuşdur.

Artıq başa çatan 3  günlük kurslar “Orqanayzinq. Həmkarlar ittifaqına necə  cəlb etmək olar?  “ mövzu  üzrə təşkil olunmuşdu. Kurslarda təcrübəli  həmkarlar ittifaqı komitə  sədrləri, həmkarlar ittifaqı təşkilati işlər üzrə komissiyanın  sədrləri və həmkarlar ittifaqı fəalları iştirak etmişlər. Kursun  proqramına “Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyasının V qurultayı  və həmkarlar ittifaqı hərəkatının inkişafının  xüsusiyyətləri haqqında”, “İnformasiya işinə yeni həmkarlar ittifaqı işçilərinin cəlb edilməsi”, “Həmkarlar  ittifaqı orqanayzinqanın  ümumi müddəaları”, “İşəgötürənin  həmkarlar ittifaqı fəaliyyətinə qarşı əks təsir üsulları”,  “Həmkarlar  ittifaqı  orqanayzerin   fəaliyyətinin  taktikası və strategiyası” mövzuları daxil edilmişdi.

Məşğələlərə mühazirəçi qismində həmkarlar ittifaqının məsul işçiləri ilə yanaşı, psixoloqlar da dəvət olunmuşdular.

Kursların sonunda dinləyicilərə məruzələrin diskləri paylanmış və metodik tövsiyələr verilmişdir.