Həmkarlar ittifaqı liderliyinin effektivliyi nədədir?


Baxıldı : 63

Tarix : 2019-06-24 06:33:26


Həmkarlar ittifaqlarında liderliyi necə öyrənmək olar? Həmkarlar ittifaqı təşkilatının real lideri olmaq və ittifaq üzvlərinin maraqlarını peşəkarcasına müdafiə etmək üçün hansı keyfiyyətlər lazımdır? Hüquqi və sosial məsələləri həll etmək üçün komandanı necə formalaşdırmaq lazımdır?

Bu və digər məsələlər gənclər şuralarının üzvləri, həmkarlar ittifaqı komitəsi sədrləri və təlimatçıları üçün “Həmkarlar ittifaqlarında liderliyin səmərəliliyi” mövzusunda keçirilmiş 5 günlük təlimin proqramına daxil edilmişdi. Kursda 27 həmkarlar ittifaqı işçisi iştirak edib.

Kursun proqramı tərtib edilərkən nəzəri biliklərin praktiki fəaliyyətdə tətbiqi məsələsi önə çəkilmişdi. Bu məqsədə nail olmaqdan ötrü kurslara mühazirəçi qismində müasir təhsil texnologiyalarına yaxşı bələd olan təcrübəli müəllimlər və peşə işçiləri dəvət edilmişdi.

Kurslarda aşağıdakı mövzularda mühazirələr oxundu: “Liderliyə müasir yanaşmalar. Liderlik və idarəetmə: müqayisəli təhlil”, “Əmək sahəsində liderlik fəaliyyəti”, “Mükəmməl lider, müdir və lider arasında fərqlər”, “Kadrların idarəetmə psixologiyası. İnnovasiyaları qəbul etmək. Fərdi yanaşmalar”, “Taym-menecment taktikası”, “Komandada iş. “komanda” anlayışı. “Komandada rolların qarşılıqlı təsiri”. “Komandada motivlər, motivasiya və əsaslandırma prinsipləri”. “Kollektiv qərarların strategiyası”, “İctimai danışıqların hazırlanması”. “İmic psixoloji kateqoriya kimi. Müsbət imicin psixologiyası” “Təşkilatın imicinin qurulması”. Təşkilatın korporativ mədəniyyəti” və sair.

Praktiki məşğələlərdə kurs iştirakçıları müvafiq bacarıq və biliklərə yiyələndilər.

Sonda dinləyicilərə kursun proqramının diskləri və sertifikatlar verildi.

B.RZAYEV