Həmkarlar ittifaqı olaraq bu prinsipin pozulmamasına çalışmalıyıq


Baxıldı : 36

Tarix : 2017-10-07 00:58:09


Artıq "Azəriqaz" İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və NQSİHİ Respublika Komitəsinin dəstəyi ilə Gəncə Regional Qaz İstismarı İdarəsinin Naftalan Qaz İstismarı Sahəsində, Goranboy, Samur, Göygöl qaz istismar bölgələrində seminarlar keçirilib. Seminarlarda Respublika Komitəsinin Əməyin Mühafizəsi Şöbəsinin müdiri İsrafil Əliyev və "Azəriqaz" İB HİK-in məsul işçisi Firdovsi Allahverdiyev çıxış etmişlər.

Demişlər ki, Beynəlxalq Həmkarlar İttifaqları və Ümumhəmkarlar İttifaqları konfederasiyalarının təşəbbüsü olan bu əlamətdar gün işçilərin fəaliyyətinin bütün aspektlərdən təminatı tələbini ortaya qoyur. Sosial müdafiə, məşğulluq, uşağa qulluğa görə məzuniyyət, pensiya təminatı, iş yerlərinin təhlükəsizliyi, işdə karyera perspektivləri, mühüm idarəetmə qərarlarının qəbulunda kollektivin iştirakı layiqli əməyin vacib şərtləridir. Biz, həmkarlar itifaqı olaraq, bu prinsipin pozulmamasına çalışmalıyıq. Layiqli əmək uğrunda mübarizədə maarifləndirmə işinin imkanlarından geniş bəhrələnirik.  Tədbirlərdə əsas müzakirə mövzusu bu günün mahiyyəti ilə bağlı olub. Yerlərdə təşkil olunmuş seminarların bir çoxunda şöbəmizin mütəxəssisləri iştirak edərək mühazirələr oxuyub, dinləyiciləri maraqlandıran sualları cavablandırıblar.Seminarların keçirilməsində əsas məqsəd həmkarlar ittifaqlarına və sosial tərəfdaşlarımıza işçilərin əməyinin qorunması işində əməli kömək göstərməkdir.

İşçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yardılması, minimum orta əməkhaqqının artırılması, minimum əməkhaqqının minimum yaşayış həddindən çox olması və sairə bütün bu kimi hallar sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Azər MUSTAFAYEV