Həmkarlar ittifaqı təşkilatları eyni problemlərlə üzləşirlər


Baxıldı : 49

Tarix : 2018-09-29 02:25:57


Kolumbiyanın Boqota şəhərində Latın Amerikası ölkələrinin energetika, mədən və metallurgiya sənayesinin həmkarlar ittifaqı təşkilatı nümayəndələri  daha güclü  və davamlı fəaliyyət strategiyalarını müzakirə etmək üçün bir araya gəliblər. İndustriALL Qlobal İttfaqının təşkil etdiyi toplantiya 45-dən çox həmkarlar ittifaqı lideri qatılıb. Toplantıda UNESCO-nun Qlobal İqtisadiyyat və Davamlı İnkişaf üzrə Tədqiqat Mərkəzinin əməkdaşı, professor Monika Brukman iştirak edib. Onun analizlərindən yola çıxaraq həmkarlar ittifaqı liderləri hazırkı vəziyyəti müzakirə edib, çətinlikləri aradan qaldırmaq üçün görülməli işlərdən danışıblar. Çıxış edənlər həmçinin  sektorlar arasında koordinasiyanın önəmini vurğulayıblar.

Daha sonra hər bir ölkədə sendikaların hökumətlə münasibətlərinə diqqət yetirilib, Kosta-Rika, Meksika, Trinidad Tobaqoda bu yöndə qarşıya çıxan problemlər gündəmə gətirilib.

İndustriALL-ın bölgə üzrə katibi Marino Vani çıxışında  makro -iqtisadi sektorda həmkarlar ittifaqı təşkilatının güclənməsinin önəmini və bu yöndə sahələr arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, dünyanın hər yerində həmkarlar ittifaqı təşkilatları eyni problemlərlə üzləşir. Təşkil  olunan toplantıların sayının artması və daha çox nümayəndənin iştirakı  ilə bu yöndə müsbət nəticə əldə edə bilərik.

Cavid SƏFƏROV