Həmkarlar ittifaqı təşkilatları təkliflə razı deyil


Baxıldı : 113

Tarix : 2018-05-12 03:46:28


Panamanın İnşaat İşçiləri Həmkarlar İttifaqı maaşların artırılması və əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə 20 gün sonra yenidən tətillərə başlayıb. Aksiya iştirakçıları və həmkarlar ittifaqı təşkilatları hazırkı əməkhaqqının az olmasına  və heç bir səbəb göstərilmədən  tətilə qoşulan işçilərin ixtisar olunmasına etiraz ediblər. Həmkarlar təşkilatı nümayəndələri hesab edir ki, tikinti sektorunda təyin olunan minimum əməkhaqqı bu sahədən gələn gəlirə nisbətdə çox aşağıdır. “Panamarian”  İnşaat Dairəsi ilə həmkarlar təşkilatı arasında aparılan danışıqlar zamanı təklif olunan artım miqdarı  qəbul edilməyib və bildirilib ki, işəgötürən təşkilatların sektordan qazandığı ilə çalışanlar üçün nəzərdə tutduğu maaş arasındakı uçurum qəbuledilməzdir.

Ölkədə 80 min üzvü öz ətrafında birləşdirən ittifaq  mayın 16-da  tətil keçirəcəklərini açıqlayıb. Əgər bu baş tutarsa, Panamada hazırda davam edən inşaat işlərinin 95 faizində  işlər dayanacaq.

Bir çox sənaye sektoru tikinti sahəsində çalışanların birlikdə mübarizəsini alqışlayıb onları hərəkata öndərlik etdikləri üçün təbrik ediblər.

Yerli mətbuat orqanlarının açıqlamasına görə, son 4 il içində tikinti sahəsindən qazanılan gəlir 30 milyard dollardan çoxdur. Bu illər ərzində isə bu sektorda çalışanlara ayrılan maaş yuxarıda qeyd edilən rəqəmin sadəcə 15 faizidir. 

Qeyd edək k, “Panamarian”  İnşaat Dairəsinin işçilərin 11 faizlik artım tələbi qarşısındakı təklifi 1 faiz olub ki,  həmkarlar təşkilatları da bununla razılaşmır.

 

Cavid SƏFƏROV