Həmkarlar ittifaqından referendum tələbi


Baxıldı : 120

Tarix : 2019-07-08 07:16:18


2019-cu ilin yanvarın 1-dən qüvvəyə minən qərarla Xorvatiyada pensiya yaşı 67 olaraq təyin edilib. Vaxtından öncə pensiyaya çıxanların isə pensiyalarından qalan hər ilə görə 3,6 faiz tutulacaq.

Buna cavab olaraq Xorvatiya Müstəqil Həmkarlar İttifaqları Birliyi (XMHİB) 27 aprel-11 may tarixləri arasında qərarın ləğvi ilə bağlı referendum keçirilməsi üçün imza kampaniyası keçirdi. Birliyin tələbi pensiya yaşının 65-ə endirilməsi, vaxtından öncə pensiyaya çıxmaqla bağlı tutulan pulun 0,2 faizə qədər azaldılması idi.

Danışıqlara əsasən, XMHİB yenidən referendum keçirilməsi üçün   373568 imza (Bütün Xorvatiya seçicilərinin 10 faizi) toplamalı idi. Birlikdən verilən məlumata görə, tələb olunan rəqəmdən iki dəfə çox- 748624 imza toplanılaraq müvafiq quruma bununla bağlı məlumat verilmişdir. 

XMHİB-dən mətbuata açıqlama verilib ki, Parlament referendum qərarını 20-40 gün ərzində veməlidir. Referendum keçiriləcəyi təqdirdə  əhali həmkarlar ittifaqının tələblərini dəstəkləyərsə, pensiya yaşı ilə bağlı  qanunvericilikdə dəyişiklik olacaq. Ədalətli və davamlı pensiya sisteminin təmini üçün xalqın dəstəyi vacibdir. Hazırkı dövrdə  hökumətin referendumdan imtina etməsi onun siyasi imicinə çox zərər vuracaq. Biz digər ictimai birlikləri də bu mövzuda dialoqa və əməkdaşlığa dəvət edirik. Parlament referendumu təsdiqləməli və şəffaf şəkildə həyata keçirməlidir.