Həmkarlar ittifaqlarının nəzərinə Azərbaycanda anomal istilər ola biləcəyi anonsları verilir


Baxıldı : 399

Tarix : 2020-06-23 07:54:54



Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq havanın temperaturu 41 dərəcə Selsidən çox olduğu hallarda isti və açıq havada, sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Bu məqsədlə sahə həmkarlar ittifaqları tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada əməli tədbirlər görülməlidir. İşçilərin həyat və sağlamlığı üçün təhlükə törədəcək işlərin dayandırılması və işləmək üçün fasilələrin sayının və müddətinin müəyyən edilib verilməsinə nail olmaq lazımdır. Buna mane olan işəgötürənlər barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə dərhal məlumat verilməlidir.