Həmkarlar ittifaqlarının vətəndaş cəmiyyətində rolu


Baxıldı : 271

Tarix : 2017-12-22 23:21:22


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özünün növbəti V qurultayına  hazırlaşır.

Bu münasibətlə ölkəmizdə müxtəlif tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri - "Həmkarlar ittifaqlarının vətəndaş cəmiyyətində rolu" mövzusunda dəyirmi masa Azərbaycan Əmək və Sosial Münasibətlər  Akademiyasında keçirilmişdir. 

Tədbiri giriş sözü ilə açan sosial tərəfdaşlıq, həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər kafedrasının müdiri, fəlsəfə ü.f.d., dosent Zeynəddin Şabanov Azərbaycan həmkarlar ittifaqının tarixi, cəmiyyətdə sosial sülhün və dialoqun təminində və sosial əmək münasibətlərinin tənzimlənməsindəki rolundan danışdı. O, qeyd etdi ki, ötən illər ərzində AHİK bir sıra uğurlara imza atmışdır. Belə ki,  həmkarlar ittifaqları işçilərin sosial-iqtisadi və hüquqi maraq və mənafelərinin qorunması işini əzmlə davam etdirmişdir.

AHİK-in  təkilfi ilə qanunvericilik aktlarına 100-dən çox əlavə və dəyişiklik edilmiş, onlarla işçinin pozulmuş hüququ bərpa olunmuş, qeyri-formal əməkdən formal əməyə keçid sürətləndirilmiş, müəssisə və idarələrdə əməyin təhlükəsizliyinə nəzarət olunmuşdur.

Sonra AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin  mütəxəssisi Xoşqədəm Bağırova V qurultaya hazırlıqlar və qarşıda duran vəzifələr, akademiyanın tələbə həmkarlar ittifaqı təşkilatının sədri Xəlil Babayev, gənc fəal Mahmud Mahmudov həmkarlar ittifaqının gənclər siyasəti barədə məlumat verdilər.

Tədbirdə AHİK-in son illərdəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.