Həmkarlarının müdafiəsi üçün


Baxıldı : 210

Tarix : 2017-12-15 21:43:53


İngiltərədə "Crosrail" layihəsinin elektrik işçiləri işdən çıxarılan 54 həmkarının hüquqlarının müdafiəsi üçün tətil elan edib. Etirazçılar ixtisar olunanların daha çox həmkarlar ittifaqı təşkilatı fəalları olduğunu və bunun arxasında tikinti konsorsiumu "Balfour Beatty Kilpatrick" şirkəti rəhbərliyinin durduğunu iddia ediblər. Qeyd edək ki, bir müddət əvvəl maaşlardan əlavə bonusların ödənilməsində yaranan problemlə əlaqədar işçilər etiraz etmişdi. Hadisədən 2-3 həftə sonra gələn ixtisar qərarı  150-yə yaxın elektrik işçisinin tətil keçirməsi ilə nəticələnib.

"Balfour Beatty Kilpatrick" məsələ ilə bağlı verdiyi açıqlamada bunun  əvvəlki etiraz aksiyası ilə heç bir əlaqəsi olmadığını, işçilər arasında hər hansı ayrı-seçkilik edilmədən onların bir hissəsini başqa layihələrə yönəltdiyini bildirib. Qeyd olunub ki, daha öncə 2018-ci ilə qədər 50-60 operatorun layihədən çıxarılacağı barədə çalışanlar məlumatlandırılıb. Keçirilən aksiya və tətillər də işin gedişinə dərin təsir etmir.

Tətilə qoşulanlar bildiriblər ki, rəhbərlik hüquqları pozulan 54 işçini yaşadığımız bölgədən uzaq, yerlərdəki layihələrə yönləndib,həmçinin  nəqliyyat və digər xərclər qarşılanmır. Bu isə onları avtomatik işdən imtinaya məcbur edir.

Cavid SƏFƏROV