Həqiqətləri iştirakçılara çatdırdı


Baxıldı : 446

Tarix : 2017-12-01 22:16:41


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Xəlil Babayev noyabrın 12-dən 18-dək İspaniyada  "Face to Face: Youth Democracy" adlı beynəlxalq konfransda iştirak edib. X.Babayev konfransda çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə  məlumat verib. O həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında da danışmış, həqiqətləri iştirakçılara çatdırmışdır.

Səfər çərçivəsində Santiago Dövlət Universitetində keçirilən mühazirələrə qatılıb və bu təhsil ocağının rektoru ilə görüşüb. X.Babayev həmçinin Galicia parlamentinin vitse-spikeri, La Raşa və La Coruna şəhərlərinin merləri ilə görüşlər keçirib.

Qeyd edək ki, konfransda ölkəmizlə yanaşı, Macarıstan, İtaliya, İspaniya, Gürcüstan, Moldova, Malta, Rusiya Federasiyası, Almaniya, Slovakiyadan olan nümayəndə heyətləri də iştirak etmişlər.