Hər iki cüdoçu üçüncü yeri tutub


Baxıldı : 31

Tarix : 2017-12-01 21:10:39


Sərhədçi İdman Olimpiya Kompleksində kişilər və qadınlar arasında cüdo üzrə Bakı çempionatı keçirilib. Yarışda 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizə aparıb.

Mükafatçılar siyahısına "Atilla" İdman Klubunun yetirmələri Ramilə Əliyeva ( 48 kq.) və Kristina Zukavets ( 63 kq.) də düşə biliblər. Hər iki cüdoçu üçüncü yeri tutub.

Paytaxt çempionatının qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub. Yarışda yaxşı nəticə göstərən cüdoçular gələn ay keçiriləcək Azərbaycan çempionatında mübarizə aparacaqlar.

Azər MUSTAFAYEV