Hərbi hissədə oldular


Baxıldı : 77

Tarix : 2018-06-30 04:36:02


İyunun 25-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin  təşkilatçılığı ilə rayonumuzun ərazisində yerləşən “N” saylı hərbi hissədə Silahlı Qüvvələrin yaranmasının 100 illik  yubileyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Tədbirdə hərbi hissənin əsgər-zabit heyəti və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi iştirak edirdi. Tədbirin keçirildiyi açıq havada stolların üzərinə müxtəlif növ şirniyyat məhsulları, sular düzülmüş, həyət bayramsayağı bəzədilmişdi.

Tədbirin məqsəd və məramı barədə məlumat verən rayon komitəsinin sədri, respublikanın Əməkdar müəllimi Yaqut Ələsgərova əsgər və zabitləri rayon icra hakimiyyəti, ictimaiyyəti, eləcə də öz adından təbrik etdi. Dedi ki, sabah 100 illiyini qeyd edəcəyimiz Silahlı Qüvvələrimiz xalqımız, dövlətimiz üçün çox ağır bir şəraitdə yaradılmışdı. Torpaqlarımızdan pay qoparmağa çalışan erməni quldurlarını məğlubiyyətə uğratmış, Bakını bolşevik-daşnak işğalından azad edərək əsl sahiblərinə qaytarmışdı. Silahlı Qüvvələrimizin ikinci doğum günü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu ordu indi düşmənin gözdağına çevrilmişdir.

Tədbirdə digər çıxışlar da səsləndi. Tədbir musiqili proqramla davam etdi.