Hərtərəfli qayğı göstərilib


Baxıldı : 47

Tarix : 2017-10-27 23:41:22


Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) İşçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

Konfransı Nazirlik İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov açmışdır. O, ittifaqın fəaliyyəti haqqında məlumat vermişdir. Sonra MTTİ HİK sədrinin müavini Esmira Vəliyeva hesabat məruzəsi ilə çıxış etmişdir.

Daha sonra İdarənin rəisi Amal Teymurov çıxış edərək həmkarlar ittifaqının gördüyü işləri yüksək qiymətləndirmişdir. Demişdir ki, hesabat dövründə ittifaqın təşkilatçılığı ilə işçilər asudə vaxtlarını səmərəli keçirə bilmişlər, səhhətində problem yaranmış işçilər sanatoriyalara yollayışlarla təmin olunmuşlar. Ailə vəziyyəti çətin olan işçilərə maddi yardım göstərilmişdir. Xidmət vaxtı xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlər Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Konfransda təşkilati məsələyə baxılmışdır. Esmira Vəliyeva sədr seçilmişdir.

Sonda yubiley yaşı tamam olan 5 əməkdaşa Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Bundan başqa, Nazirliyin Aran, Şimal, Bakı və Muğan regional mərkəzləri işçilərinin həmkarlar ittifaqı komitələrində də hesabat-seçki konfransları keçirilmişdir.