Hesabat-seçkilər demokratik və şəffaf şəraitdə keçirilmişdir


Baxıldı : 47

Tarix : 2020-03-14 17:34:58


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon  Komitəsində hesabat-seçki yığıncaqları başa çatmışdır. Hesabat-seçkilər demokratik və şəffaf şəraitdə keçirilmişdir. Hesabat məruzələrində komitələrin ötən dövrdə gördüyü işlər, növbəti vəzifələr barədə məlumat verilmişdir. Təşkilatların fəaliyyətinin daha da yaxşılaşdırılması, ittifaq üzvlərinin fəallığının canlandırılması istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür. Üç təhsil ocağında - 162, 51, 163 saylı məktəblərdə ittifaq üzvləri sədr seçkilərində gənclərə etimad göstərmişlər. Yeni gənc sədrlər fəaliyyət proqramlarını təqdim etmiş, onların yerinə yetirilməsində kollektiv üzvlərinin köməyinin vacib olduğunu bildirmişlər.

Hesabat-seçki yığıncaqlarında TİAHİ Respublika Komitəsinin və Rayon Komitəsinin məsul işçiləri iştirak etmişlər.