Həyat şəraitinin yaxşılaşdırılması tələbi


Baxıldı : 83

Tarix : 2017-04-21 23:30:50


Finlandiyanın Tampere bölgəsində 1500-ə yaxın metal və sənaye işçisi hökumət tərəfindən çalışanların həyat şəraitinin pisləşməsinə səbəb olan qərarların alınmasına etiraz əlaməti kimi tətil keçirib. Tətilə bu bölgədə yerləşən 16 şirkətdən çalışanlar qatılıb. Metal işçiləri həmkarlar ittifaqından bildirilib ki, etiraz aksiyası işəgötürənlər və əmək bazarı qruplarını hədəfə almır. Tək tələb dövlətin işçilərin həyat şəraitinin yaxşılaşdırılması yönündə addımlar atmasıdır. İttifaqın 7-ci bölməsinin sədrı Antti Salonen deyib ki, hökumət qondarma "aktivləşdirmə modeli"ni tətbiq edərək işsizliklə bağlı verilən müavinətlərin azaldılmasını planlayır: "Bu, ədalətli qərar deyil. Bundan başqa, çalışanların və həmkarlar ittifaqı təşkilatlarının hüquqları tapdalanır".

Qeyd edək ki, cümə axşamı başlayıb və həftə sonuna qədər davam edəcək aksiyalara Kalmar Sandvik, Seppala, Pilkington, Valmet Texnologies və s. böyük şirkətlərdə çalışan ittifaq üzvləri qoşulub.

Cavid SƏFƏROV