Şəhid ailələrinə baş çəkiblər


Baxıldı : 168

Tarix : 2015-01-24 05:02:00


20 Yanvar faciəsindən bizi artıq əsrin dörddəbirinə bərabər olan bir dövr ayırır. Bütün bu illər ərzində həmin gün azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda həyatını fəda etmiş insanların xatirəsi həmişə böyük hüzn və ehtiramla yad edilir. 20 Yanvarı xalqımız təkcə qanlı faciənin acısı, milli kədəri kimi deyil, həm də xalqın azadlıq rəmzi kimi qəlbində yaşadır.İmperiyanın cəza dəstələrinin qarşısına çıxan azadlıq mücahidləri arasında metropolitençilər də az deyildi. Amma onlardan ikisi üçün yanvarın o gecəsi sonuncu oldu. \ Nərimanov\ elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovu evdə nigarançılıqla gözləyənlərin gözləri yolda qaldı. Onlar bir gün əvvəl tərk etdikləri evin qapısından bir daha daxil olmadılar.Ötən illər ərzində metro istismarçıları və inşaatçılar hər iki şəhid ailəsini yaddan çıxarmamış, onların ailəsinə baş çəkmişlər. Şəhid ailələrinin hər bir müşkülü qayğı ilə qarşılanıb, onlara lazımi kömək göstərilib. İlqar Qarayevin iş yoldaşları, metropoliten həmkarlar ittifaqı komitəsinin üzvləri şəhid anası ilə o, ölənə qədər əlaqəni kəsmədilər. Əflatun Kazımov \ Bakıtuneltikinti\ nin 3 saylı Tunel Tikintisi İdarəsində körpülü kran sürücüsü idi. 20 Yanvar günlərinin foto salnaməsində bir şəkil çoxlarının yaddaşına əbədi həkk olub: qərənfil örtüklü tabut qarşısında əlində şəhid atasının şəkilni tutmuş 4-5 yaşlı oğlan uşağı ətrafda nələrin baş verdiyini dərk etmək istəyini ifadə edən baxışlarını naməlum bir nöqtəyə zilləyib… O oğlanın indi 30 yaşı var, ailə başçısıdır. Bu illər ərzində metro inşaatçıları şəhid həmkarlarının ailəsini köməksiz qoymayıblar. Başsız qalmış ailənin mənzili təmir olunub, yeni mebel alınıb. Hər il 20 Yanvar ərəfəsində həmkarlar ittifaqı komitəsinin üzvləri ailəyə baş çəkir, birlikdə mərhum dostlarının unudulmaz xatirəsini yad edirlər. Bu il də həmin ənənə unudulamadı. Ötən həftə \ Bakı Metropoliteni\ QSC-nin Həmkarlar İttifaqı Birliyinin sədri Arif Mərdanovun tapşırığı ilə idarə aparatının və həmkarlar ittifaqı təşkilatının nümayəndələri ailənin qonağı olublar. Onların ehtiyaclarını öyrəniblər, söylədikləri problemlərinin tezliklə həll ediləcəyinə söz verdilər.Ə.İBADOV