Şəhidlik zirvəsinə ucalanlar


Baxıldı : 279

Tarix : 2016-04-30 07:12:00


Murad MirzəyevTəyinatlı Qüvvələrin polkovnik-leytenantı Mirzəyev Murad Telman oğlu II Fəxri xiyabanda torpağa tapşırılıb.Dəfn mərasimində şəhidin yaxınları, o cümlədən Müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və başqa rəsmi şəxslər də iştirak ediblər. Şəhidin xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.Müdafiə naziri Zakir Həsənov şəhidin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.Samit İmanovQarabağın erməni işğalçılarından azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda Milli Ordunun qəhrəmancasına həlak olmuş mayoru İmanov Samit Gülağa oğlu Neftçaladakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Böyük izdihamla müşayiət olunan dəfn mərasimində Müdafiə Nazirliyinin əsgər və zabitləri, rəsmi dövlət qurumlarının təmsilçiləri və minlərlə Neftçala və ətraf rayonların sakinləri iştirak ediblər.Mayor Samit İmanov 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdi. 4 yaşlı və 2 aylıq iki uşaq atası idi.Mühit OrucovAzərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan mayor Orucov Mühit Qurban oğlu doğulduğu Qazax rayonunun Fərəhli kəndində torpağa tapşırılıb.Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər. Dəfn mərasimində \ Şəhidlər ölməz, Vətən bölünməz!\ şüarı səsləndirilib, şəhid zabit yaylım atəşi altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı atasına təqdim edilib.Cavid DədəkişiyevAzərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son döyüşlər zamanı qəhrəmancasına şəhid olan baş leytenant Cavid Gülbala oğlu Dədəkişiyev İmişlidə son mənzilə yola salınıb. 1989-cu il təvəllüdlü şəhid doğulduğu Qaralar kəndində torpağa tapşırılıb. Vida mərasimində millət vəkilləri, şəhidin hərbçi yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər. Daha sonra şəhidin şərəfinə yaylım atəşi açılıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı atasına təqdim edilib.Sahil ŞirinovAzərbaycan Ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü Şirinov Sahil Həsrət oğlu doğulduğu Qəbələ rayonunda dəfn edilib. Şəhid Sahil Şirinovun nəşi Qəbələ rayonunun Bum qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb, ruhuna dualar oxunub.Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilatların kollektivləri, minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.Dəfn mərasimində \ Şəhidlər ölməz, Vətən bölünməz\ şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşi altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.Mirzə NovruzovMilli Ordumuzun zabiti, baş leytenant Novruzov Mirzə Sərvər oğlu Goranboy rayonu, Tapqarqoyunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Baş leytenant II Fəxri xiyabanda dəfn edilib.Dəfn mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə yanaşı, əsgər və zabitlər, rayon ictimaiyyəti də iştirak edib.Şəhid Mirzə Novruzov yaylım atəşləri altında son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub.Elvin NamazovErməni silahlı birləşmələri ilə döyüşdə şəhid olan baş leytenant Namazov Elvin Məmməd oğlu bu gün doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib.Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Yuxarı Salahlı kənd qəbiristanlığında yaylım atəşi altında dəfn edilən Elvin Namazovun tabutu üzərindəki bayraq isə atası Məmməd Namazova təqdim edilib.Nurlan ƏsgərovQoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 21 yaşlı Nurlan Bayram oğlu Əsgərovun cənazəsi doğulduğu Masallı rayonunun Kalinovka kəndində torpağa tapşrılıb. Şəhid əsgərin dəfn mərasimində doğmaları ilə yanaşı, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri iştirak ediblər. Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin tabutunun üzərinə örtülən Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.