Hüquq bərabərliyi sahəsində mübarizə


Baxıldı : 174

Tarix : 2020-03-14 17:28:31


Avropa Komissiyasının “Gender bərabərliyi strategiyaları” adlı nəşrinə cavab verən Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Ester Linç deyib:

“ Bu gün biz gender bərabərliyi sahəsində geriləməni müşahidə edirik. Qadınların iş yerlərində hər gün üzləşdikləri diskriminasiyaya son qoymaq üçün üzv ölkələrin Avropa səviyyəsində daha qətiyyətli mübarizə aparmasına ehtiyac var. Biz Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni daha cəsarətli, güclü və cəld hərəkət etməyə çağırırıq.

Avropada qadınlar və kişilər arasında əməyin ödənilməsindəki 16 faizlik boşluğu aradan qaldırmaq üçün əməkhaqqının şəffaflığı mövzusunda məsləhətləşmələr ən qısa müddətdə aparılmalıdır. Bura əməkhaqqının ödənilməsindəki gizli müddəalara qadağa, əməkhaqqının məcburi illik auditi və işçilərin işəgötürənlərdən əməkhaqqının ödənilməsi üzrə məlumatları tələb etmək hüququ kimi məsələlər aiddir. Bilirik ki, məlumat əməyin ödənilməsində bərabərsizliyin aradan qaldırılmasına zəmanət vermək üçün kifayət etməyəcəkdir. Direktiv işçi qadınlara və onların təmsil olunduqları həmkarlar ittifaqlarına da səlahiyyət verməlidir ki, iş yerlərində bərabər əməkhaqqını təmin etmək üçün lazımi dəyişiklikləri müzakirə edə bilsinlər.

İş dünyasında süni intellektin müxtəlif sistemlərində cinsi istismarın yeni formalarına qarşı mübarizə məqsədilə real tədbirlərin olmaması bizi məyus edir. Qadınlar şirkətlərin idarə heyətində 40 faizdən az yerə sahib olmamalıdır. Bu o deməkdir ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən, zəngin həyat təcrübəsinə malik olan qadınlar orada iştirak etməlidir. Komissiya həmçinin üzv dövlətləri Aİ-nin İstanbul Konvensiyasına və BƏT-in iş yerlərində, qadınlara qarşı seksual təcavüzlər də daxil olmaqla, zorakılığın və təcavüzün aradan qaldırılması haqqında Konvensiyasına qoşulmasını dəstəkləməyə çağırır. Avropa Həmkarlar İttifaqları Konfederasiyası üzv dövlətləri ratifikasiya məsələlərində milli həmkarlar ittifaqları ilə birgə işləməyə səsləyir”.