Hüququnuzu bilin


Baxıldı : 15

Tarix : 2017-09-16 00:40:11


Həyat yoldaşım islah işlərinə cəlb olunub. Onun əməkhaqqının 70 faizə qədəri tutulur. Bu, düzgündürmü? Mənə iş yerində deyirlər ki, əməkhaqqının 50 faizindən artıq tutulmaya yol verilmir. Bu barədə qanunvericilik nə deyir?

 

Fazilə MEHDİYEVA,

Gəncə şəhəri.

- Əmək Məcəlləsində əməkhaqqından tutulmalara yol verilən hallar və bunun icrası, eləcə də əməkhaqqından tutulan məbləğin miqdarını məhdudlaşdıran qaydalar müəyyən edilmişdir.

Məcəlləyə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və  müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

İşçinin əməkhaqqından bir neçə icra sənədinə əsasən tutulmalar aparıla bilər. Bu zaman da işçinin əməkhaqqının əlli faizinin saxlanılması nəzərdə tutulur.

Lakin qanunvericilik əməkhaqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılmasında istisnalar da müəyyən etmişdir.

ƏM-in 176-cı maddəsinin 3-cü hissəsinə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan məbləğin miqdarındakı məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir.

İslah işlərinə cəlb olunmuş yoldaşınızın əməkhaqqından tutulmalar qanunvericiliyin yuxarıda qeyd etdiyimiz göstərişinə əsasən aparılır.s

 

- Əmək Məcəlləsində əməkhaqqından tutulmalara yol verilən hallar və bunun icrası, eləcə də əməkhaqqından tutulan məbləğin miqdarını məhdudlaşdıran qaydalar müəyyən edilmişdir.

Məcəlləyə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və  müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

İşçinin əməkhaqqından bir neçə icra sənədinə əsasən tutulmalar aparıla bilər. Bu zaman da işçinin əməkhaqqının əlli faizinin saxlanılması nəzərdə tutulur.

Lakin qanunvericilik əməkhaqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılmasında istisnalar da müəyyən etmişdir.

ƏM-in 176-cı maddəsinin 3-cü hissəsinə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan məbləğin miqdarındakı məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir.

İslah işlərinə cəlb olunmuş yoldaşınızın əməkhaqqından tutulmalar qanunvericiliyin yuxarıda qeyd etdiyimiz göstərişinə əsasən aparılır.

 

 

- Dövlət sosial sığorta şəhadətnaməsini sığortaolunanar, o cümlədən fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlar fəaliyyət göstərdiyi ərazi üzrə fərdi uçotu həyata keçirən ƏƏSMN yanında DSMF-dən alır.

Sosial sığorta şəhadətnaməsi yararsız hala düşdükdə, orada qeyd olunan məlumatlarda hər hansı dəyişiklik olduqda və ya itdikdə yenisi, yəni dublikatı verilir.

Qeyd olunan şəhadətnamə aşağıdakı hallarda dəyişdirilə bilər:

- Sığortaolunanın soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer dəyişdikdə;

- sosial sığorta şəhadətnaməsində yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;

- sosial sığorta şəhadətnaməsi yararsız hala düşdükdə;

- qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsinə dair təqdim olunmuş məlumatların dəqiqləşdirilməsi üçün DSMF orqanının sığortaolunanın şəxsiyyətini təsdiq edən sənədi tələb etmək hüququ var.

Sığortaolunanın əmək fəaliyyəti varsa, bu zaman dövlət sosial sığorta şəhadətnaməsi itdikdə, o, şəhadətnamənin dublikatının verilməsi üçün ərizə ilə sığortaedənə müraciət edir. Sığortaedən də öz növbəsində sığortaolunanın ərizəsini lazım olan sənədlərlə birlikdə müvafiq DSMF orqanına təqdim edir. Belə halda sənədlər həmin orqana bir ay müddətinə təqdim olunmalıdır.

Əmək fəaliyyəti olmayan sığortaolunanlar və öz-özünü sığortaedən şəxslər isə şəhadətnamənin dublikatının verilməsinə dair ərizəni ilk dəfə fərdi uçot sistemində uçota durduğu DSMF orqanına şəxsən müraciət etməlidirlər. Bu zaman da müraciət üçün bir ay müəyyən edilmişdir.

DSMF orqanı tərəfindən sənədin dəyişdirilməsinə dair qərar qəbul edildikdən sonra 2 həftə ərzində sənəd rəsmiləşdirilir. Bu halda sosial sığorta şəhadətnaməsi "Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”na uyğun olaraq sığortaedənə təhvil verilir.

DSMF tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı müraciət olunduğu vaxtdan bir ay müddətində əmək fəaliyyəti olan sığortaolunana onu sığortaedən vasitəsilə verilir. Əmək fəaliyyəti olmayan sığortaolunana, eləcə də öz-özünü sığortaedən şəxslərə isə şəhadətnamənin dublikatı şəxsən verilir.

Hər iki halda fərdi uçotu həyata keçirən orqan sosial sığorta şəhadətnaməsinin dublikatını verərkən sığortaolunanlar haqqında məlumatları dəqiqləşdirmək üçün şəxsiyyəti təsdiq edən sənədi tələb etmək hüququna malikdir.

 

Əmək müqaviləsində müddət göstərilməyibsə, o hansı müddətə bağlanmış sayılır?

 

Səbahət ƏMİROVA,

Sumqayıt şəhəri.

 

 

 

 

 

 

- Əmək müqaviləsi işçi ilə işəgötürən arasında yazılı formada bağlanır və tərəflər arasında bundan sonra əmək münasibətləri yaranır.

Qanunvericilik əmək müqaviləsinin məzmununu, formasını müəyyən etdiyi kimi müddətini də göstərmişdir. ƏM-in 45-ci maddəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.

Lakin, qeyd etdiyiniz kimi, bəzi hallarda əmək müqaviləsində müqavilənin müddətli və ya müddətsiz bağlanması haqqında qeyd aparılmır.

Qeyd olunan maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

Nəzərinizə çatdırırıq ki, müddətsiz bağlanmış əmək müqaviləsi hər iki tərəfin (işəgötürən və işçi) razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

 

Fərdi əmək mübahisəsinin həlli üçün fərdi əmək mübahisələri üzrə Komissiyaya işçi yox, həmkarlar ittifaqı təşkilatı müraciət edə bilərmi?

 

Sevda ŞƏMİYEVA,

Bakı şəhəri.

 

- Fərdi əmək mübahisələri işçi ilə işəgötürən arasında yaranan mübahisədir. Bu mübahisələrin predmeti ƏM-in 288-ci maddəsində göstərilmişdir.

Fərdi əmək mübahisələrində tərəflərin kim olması da Məcəllədə göstərilmişdir. 289-cu maddəyə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir.

Fərdi əmək mübahisəsi komissiyaları əmək mübahisələrinə məhkəməyə qədər baxan orqandır.

Həmin orqan müəssisə həmkarlar ittifaqı təşkilatının nəzdində yaradılır. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrdə nəzərdə tutulur.

Sizinlə işəgötürən arasında hər hansı fərdi əmək mübahisəsi yaranmışsa, onda şəxsən özünüz və ya müvəkkil etdiyiniz şəxs həmin komissiyaya müraciət edə bilər.

 

İşsiz kimi Məşğulluq Xidmətində qeydiyyata durmuşdum. Müəyyən müddətdən sonra məlum oldu ki, vaxtında idarəyə gəlmədiyim üçün mənə işsiz statusu verilməyəcək. Bu, düzgündürmü?

 

Səməd MƏLİKOV,

Bakı şəhəri.

 

 

- İşi və qazanc yeri olmayan şəxslər müvafiq işlə təmin olunmaq üçün yaşadığı ərazi üzrə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli qurumlarına müraciət etmək hüququna malikdirlər.

İşsiz statusu almaq üçün birinci növbədə işaxtaran kimi qeydiyyata alınmaq lazımdır. Qeydiyyata alındıqdan sonra şəxsə müvafiq iş təklif olunmursa, onda 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edilir.

Sizə işsiz statusunun verilməməsi "Məşğulluq haqqında" qanunun tələblərindən irəli gəlir. Adıçəkilən Qanunun 4-cü maddəsində işsiz statusu almaq hüququ olmayan vətəndaşların kateqoriyası göstərilmişdir:

- 15 yaşına çatmayanlar (4.5.1. maddə);

- pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar (4.5.2. maddə);

- qeydiyyata alındıqdan sonra 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzrsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz) (4.5.3. maddə);

- ilk dəfə işaxtaranlar (4.5.4. maddə);

- azadlıqdan məhrumetmə cəzasını çəkənlər (4.5.5. maddə).

İşsiz kimi qeydiyyata alınsanız da, 10 gün ərzində qeydiyyata alındığınız DSMF-nin yerli şöbəsinə yenidən getməli idiniz. Həmin müddəti ötürmüsünüz, bu da Qanunun tələblərinin pozulması deməkdir. Ona görə də 4.5.3. maddənin tələblərinə uyğun olaraq Sizə işsiz statusu verilməmişdir.

Lakin Qanunun 4.6 maddəsinə əsasən, təkrar müraciət hüququnuz vardır:

"İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır".

Siz bu hüquqdan istifadə edə bilərsiniz.