Humanist addım


Baxıldı : 306

Tarix : 2020-06-12 06:02:29


Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) müxtəlif kampaniyalar apararaq  universitetdə təhsil alan, maddi imkanı zəif tələbələrin təhsil haqlarının ödənilməsinə çalışır. Bununla bağlı THİK-in ünvanladığı daha bir müraciətinə tanınmış jurnalist Raqif Raufoğlu tərəfindən müsbət cavab verilib.

Universitetin THİK sədri Şahin Sərdarlı bildirib ki, Raqif Raufoğlu indiyə qədər bir neçə tələbənin təhsil haqqı xərcini ödəyib. Və o bu təşəbbüsünü yenə də davam etdirərək daha bir tələbəmizin yarımillik təhsil haqqı         (750 manat) xərcini ödəyib, qalan hissəsinin ödənişini də öz üzərinə götürüb.