I kurs tələbəsinə dəstək


Baxıldı : 48

Tarix : 2019-08-30 17:12:43


Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən universitetin I kurs tələbəsi Orxan Bağırova dəstək göstəriləcək.  THİK-in sədri Şahin Sərdarlı bildirib ki, ona bir semestr boyunca hər ay 100 manat təqaüd və pulsuz yemək talonları, əlavə maddi yardım veriləcək. ADU-nun oğlanlar üçün yataqxanasında məcburi köçkünlər məskunlaşdığından digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də THİK kömək edəcək.

Qeyd edək ki, Orxan Bağırzadə universitetin tərcümə fakültəsinin fransız dili ixtisasına qəbul olsa da, atası attestatını götürərək onun qeydiyyata düşməsinə mane olmağa çalışıb. Təhsil Nazirliyinin müdaxiləsindən sonra məsələ müsbət yöndə həllini tapıb.