I sinifə qəbul elektron sistemlə aparılacaq


Baxıldı : 149

Tarix : 2015-02-07 13:17:00


Bu il Bakıdakı ümumtəhsil müəssisələrinin I sinifinə qəbul prosesi elektron sistem vasitəsilə aparılacaq.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, hazırda sistem üzərində son tamamlama işləri gedir.BŞTİ sistemin təkmilləşməsi üçün I sinifə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.Fevralın 5-də Bakıda yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib. Direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıb.B.RZAYEV