“İblisanə” BDU səhnəsində


Baxıldı : 47

Tarix : 2018-10-26 20:09:44


Oktyabrın 24-də Bakı Dövlət Universitetində (BDU) görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümünə həsr olunan, ədibin “Ana” və  “İblis” dram əsərləri əsasında hazırlanmış “İblisanə” tamaşası səhnəyə qoyulub. Tamaşa BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK ) dəstəyi ilə “Səssizliyin gurultusu” layihəsi çərçivəsində səhnələşdirilib.

Tədbiri giriş nitqi ilə açan BDU THİK-in sədri, dosent Daşqın Qənbərov Hüseyn Cavidin ömür yolu və yaradıcılığı haqqında məlumat verib. 

Sonra universitetin yaradıcı gənclərinin hazırladığı H.Cavidin məşhur əsərlərindən olan “İblis” və “Ana” əsərlərinin sintezindən yaratdıqları “İblisanə” kompozisiyası səhnələşdirilmiş formada tamaşaçılara təqdim olunub.

Sonda “İblisanə” tamaşasını hazırlayan tələbə komandası BDU THİK  tərəfindən diplomlarla mükafatlandırılıb.