İcbari tibbi sığorta ilə bağlı tədbir


Baxıldı : 127

Tarix : 2019-10-28 05:08:04


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax Rayon Komitəsi icbari tibbi sığorta ilə bağlı tədbir keçirmişdir. Sahə həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçən tədbirə qonaqlar da dəvət olunmuşdu. Giriş sözü söyləyən Rayon Komitəsinin sədri Zöhrə Adgözəlova ölkə başçısının 2016-cı il noyabrın 29-da imzaladığı “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələr, onların icrası və nəticələri barədə qısa məlumat verdi. Dedi ki, yevlaxlılar 3 ildir icbari tibbi sığortadan faydalanırlar. Bu, həm tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə, həm də insanların maliyyə yükünün azalmasına səbəb olub.

Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov iştirakçıları İTS-nin xidmət zərfi barədə məlumatlandırdı. Sonra çox sayda sualları cavablandırdı.

Tədbirdə digər çıxışlar da dinlənildi. Sonda tədbir iştirakçılarına İTS ilə bağlı maarifləndirmə bukletləri paylandı.