İctimai təşkilatlara dəstək


Baxıldı : 73

Tarix : 2017-12-27 19:10:18


2004-cü ildən fəaliyyət göstərən Azərbaycanın Rus Gəncləri Assosiasiyası (ARGA) İctimai Birliyi ölkəmizdə yaşayan rus və rusdilli gənclərin, tələbələrin, həmçinin uşaqların hərtərəfli inkişafı naminə müxtəlif maarifləndirici, idman, mədəni-kütləvi tədbirlər təşkil edir. Bu tədbirlərdən biri də hər il Yeni il şənliklərinin keçirilməsidir. Belə bayram şənliklərinə, eyni zamanda sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin uşaqları da dəvət olunurlar. Builki bayram tədbiri dekabrın 24-də "Megafun" əyləncə mərkəzində baş tutub. Tədbirin təşkilatçılarına Bakı metropolitençiləri də dəstək verib. Bakı Metropoliteni İşçilərinin Həmkarlar İttifaqını tədbirdə təmsil edən hərəkət xidmətinin həmkarlar ittifaqı komitəsinin sədri Bəhruz Əhmədov şənlik iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rəhbərlik adından təbrik etdi, uşaqları Yeni il hədiyyələri ilə sevindirib.

Verdiyi dəstəyə görə ARGA-nın sədri R.Boriskin metropolitençilərə, müəssisə və həmkarlar ittifaqı təşkilatının rəhbərliyinə dərin minnətdarlığını bildirib.