İctimai Xidmət İnternasionalının (PSİ)   üzv təşkilatlarına məktubu


Baxıldı : 69

Tarix : 2020-11-14 07:38:42


 

İctimai Xidmət İnternasionalının (PSİ) Baş katibi Roza Pavanelli ABŞ-dakı üzv təşkilatlarının liderlərini bu yaxınlarda keçirilmiş seçki kampaniyasında nümayiş etdirdikləri uğurlu fəaliyyət münasibətilə təbrik edib. Qeyd edək ki,  ABŞ-da keçirilimiş prezident seçkilərində Co Bayden qələbə qazanıb. 
R.Pavanelli mövcud böhrandan çıxmaq və hər kəsə daha yaxşı bir gələcək qurmaq üçün davamlı dəstək göstərəcəyini bildirib.
O deyib ki, bütün dünyanın gözü qarşısında sizin həmkarlar ittifaqlarının liderləri və üzvləri Co Baydenə və Kamala Harrisə ABŞ-da keçirilən prezident seçkilərində finiş xəttini keçməyə kömək etmək üçün çıxış etdiniz. Pandemiyanın alovlandığı və iqtisadi böhranın başladığı bu çox çətin bir dövrdə nümayiş etdirdiyiniz misilsiz səyləriniz seçkilərin nəticəsinə həqiqətən təsir etdi.
Əvvəlkindən daha yaxşısını yaratmaq naminə gördüyünüz və görməyə davam edəcəyiniz bütün işlərə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Ümid edirik ki, C.Baydenin yeni administrasiyası ilə indi pandemiyaya qarşı mübarizə, səhiyyənin yaxşılaşdırılması və ümumi rifah naminə ədalətə və bərabərliyə doğru irəliləmək üçün daha çox səy göstəriləcək.
Əminəm ki, C.Baydenin seçkilərdə qalib gəlməsi sizə və həmkarlar ittifaqlarınızı təmsil edən işçilərə rahatlıq gətirəcəkdir. Siz bilməlisiniz ki, bütün dünyadakı işçilərin də Birləşmiş Ştatlarda seçicilər tərəfindən seçilmiş yeni istiqamətlə əlaqədar çiynindən yük götürüldü. 
Co Bayden hamını bir məqsəd uğrunda mübarizəyə səsləyir. Bu, hər kəsdən səy göstərməsini tələb edən bir məqsəddir.  Lakin bu çətin dövrdə cəmiyyətin birləşməsində tibb işçilərinin, təcili yardım xidmətlərinin və ictimai sektorun işçilərinin oynadığı müstəsna rolu xüsusilə qeyd etmək lazımdır. İctimai sektor işçiləri, şübhəsiz ki, qəhrəmanlardır, lakin onlar təkcə tərif və alqışlara deyil, daha böyük mükafata,  təhlükəsiz iş yerlərinə, daha böyük əməkhaqlarına və əmək şəraitinə, eləcə də onların fədakar yardımının həqiqətən tanınmasına layiqdirlər. Öz timsalında onlar etimadın necə yaradıldığını, insanlara necə şəfa verildiyini göstərdilər. Onlar bizə hər gün ətrafımızda olan cəmiyyətlərdə qayğını necə artıracağımızı və daha mükəmməl davranışa necə nail olacağımızı nümayiş etdirirlər. Əgər biz həqiqətən də yenilənmək istəyiriksə, onlara böyük dəstək vermək üçün əlimizdən gələni etməliyik.
PSİ-nin rəhbərliyi adından bir daha sizi ürəkdən təbrik edim. Hazırda bizi əhatə edən çoxsaylı böhranları dəf etmək məqsədilə insanları mənfəətdən üstün tutmaq, daha güclü həmkarlar ittifaqı hərəkatı yaratmaq, sağlamlığı, müdafiəni və iqtisadi təhlükəsizliyi təmin etmək üçün zəruri olan təşkilati, tədris və hüquqi mühafizə məsələlərində sizə daima dəstəyimi göstərəcəyəm. Biz daha yaxşı gələcək naminə birləşmişik.