İdarə Heyətinin, təftiş komissiyasının yeni tərkibi müəyyənləşdirilib


Baxıldı : 111

Tarix : 2019-04-05 18:50:58


Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibinin seçilməsi ilə bağlı təsis iclası keçirilib.

İclasa sədrlik edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov həmkarlar ittifaqının cəmiyyətdəki rolu, yeni formalaşdırılan qurumun məqsəd və vəzifələri barədə məlumat verib.

İclasda təşkilati məsələlərə baxılıb, 7 nəfərdən ibarət İdarə Heyətinin, o cümlədən 3 nəfərdən ibarət təftiş komissiyasının yeni tərkibi müəyyənləşdirilib.

Nazirliyin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin baş məsləhətçisi Fuad Məmmədov Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri, İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov isə həmkarlar ittifaqı komitəsinin sədr müavini seçiliblər.

İclasda çıxış edənlər həmkarlar ittifaqının əmək münasibətlərinin tənzimlənməsində rolundan, işçilərin əmək hüquqlarının qorunması, iqtisadi və sosial mənafelərinin təmin olunmasında əhəmiyyətindən danışıblar.