İdman festivalı


Baxıldı : 98

Tarix : 2017-06-02 21:36:37


Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilmiş idman festivalı  keçirilmişdir.

Tədbiri Mərkəzin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Həsən Bayramov açaraq "28 may Şərqdə ilk Demokratik Respublikanın yaranması günüdür" mövzusunda məruzə etmişdir.

Həmin günü məktəbdə "Azərbaycan idman ölkəsidir" mövzusunda ilk dərslər təşkil olunmuş, sonra qol gücü, turnikdə hərəkətlər, şahmat, dama yarışları, dayaqda idman səriştəliyi növləri üzrə yarışlar keçirilmiş, qaliblər mükafatlandırılmışlar.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf  Novruzov yekun sözü söyləmişdir.

Azər MUSTAFAYEV