İdman yarışlarının qalibləri mükafatlandırılıblar


Baxıldı : 23

Tarix : 2018-11-08 06:28:04


Azərbaycan Texniki Universitetində (AzTU)  Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə həsr olunmuş idman yarışlarının ( şahmat, voleybol və futzal) mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə çıxış edən universitetin prorektoru, professor İsa Xəlilov qalibləri təbrik edərək bildirib ki, idmanla məşğul olmaq gənclərin sağlam şəxsiyyət kimi yetişməsində ən mühüm amillərdəndir.

Qeyd edək ki, yarışların yekun nəticəsinə görə, şahmat üzrə I yerin qalibi “Radiotexnika və rabitə” fakültəsinin, II yerin qalibi AzTU-nun xarici tələbələrinin, III yerin qalibi isə “Maşınqayırma” fakültəsinin komandaları olub. Voleybol üzrə I yeri “Radiotexnika və rabitə”, II yeri “Nəqliyyat”, III yeri isə “Avtomatika və kompyuter texnikası” fakültələrinin komandaları qazanıb.  Futzal üzrə qalib “Elektrotexnika və energetika” fakültəsinin komandası olub. II  yeri “Nəqliyyat”, III yeri “Metalurgiya” fakültələrinin komandaları qazanıb.

AzTU-nun Tələbə Həmkarlar İttifaqı Kom

itəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən şahmat, voleybol və futzal üzrə keçirilən yarışların qaliblərinə diplom, medal və kuboklar təqdim edilib.

 

Azər Musatafayev