İdmançılarımız təltif olunublar


Baxıldı : 67

Tarix : 2017-09-08 17:30:37


Sentyabrın 5-də ölkə başçısının imzaladığı sərəncama əsasən, üçqat dünya çempionu adını qazanaraq ölkəmizin idman şöhrətini daha da artırdıqlarına görə sərbəst güləşçi Hacı Əliyev və boksçu Məhəmmədrəsul Məcidov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunublar.

Hacı Əliyev Fransanın paytaxtı Parisdə keçirilmiş güləş, Məhəmmədrəsul Məcidov isə Almaniyanın Hamburq şəhərində təşkil olunan boks üzrə dünya çempionatlarında qızıl medal qazandıqları üçün bu yüksək mükafata layiq görülüblər. Hacı Əliyev Azərbaycan sərbəst güləş tarixində üçqat dünya çempionu olan ilk güləşçi olub. Bu qələbəsindən sonra Məhəmmədrəsul Məcidov da boks üzrə üçqat dünya çempionu adını qazanıb.

Azər MUSTAFAYEV