İftar sonrası sərinlədən içkilər


Baxıldı : 150

Tarix : 2017-06-02 21:31:18


İftar sonrası bizi sərinlədən ən gözəl içki, əlbəttə, su hesab olunur.

Amma suyun xaricində immuniteti gücləndirəcək, özünüzü daha yaxşı hiss etmənizi təmin edəcək və xəstəliklərdən qoruyacaq bir neçə variant var.

Yaşıl çay

Flavonoid və polifenollar kimi təbii və güclü antioksidantları olan nadir bir bitkidir. Ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin qarşısının alınmasında təsirlidir. Ayrıca məzmunundakı fluoride sayəsində diş sağlamlığını qoruyur. Maddələr mübadiləsini canlandırır. Yaşıl çayı isti içə biləcəyiniz kimi buzlu, limonlu, darçınlı və qərənfilli içməniz də mümkündür.

Nanəli ayran

Həzmi tənzimləyən, mədə bulanmasına qarşı faydalı bir bitki olan nanə yeməklərin həzm edilməsinə də sürətləndirici təsirə malikdir. Yeməklərdən sonra nanəli bir çay içildiyində həm köpü aradan qaldıracaq, həm də çəki itkisini sürətləndirəcək. Nanəli bir yaşıl çay və ya nanəli bir ayran hətta bol buzlu nanəli bir limonad yay istilərində yaxşı gedər.

Darçınlı süd

Süd kalsium ehtiyacımız üçün ən ideal və uyğun qidadır. D vitamini də ehtiva etməsi kalsiumun yığılmasını sürətləndirir. Qan şəkərini tarazlamaqla, yağ yandırama sürətinə təsir edir.

Soyuq kakao

Kakao ürək sağlamlığına müsbət təsir göstərir. Ayrıca bədəndə serotonin sekresiyasını artırması səbəbi ilə sakitləşdirici xüsusiyyəti də var. Az yağlı südə, kakao və bitki mənşəli dadlandırıcı əlavə edərək istifadə etmək mümkündür.

Azər MUSTAFAYEV