II Spartakiadanın açılış mərasimi keçirilib


Baxıldı : 38

Tarix : 2018-10-06 04:46:57


Oktyabrın 1-də Akademiya şəhərciyinin minifutbol stadionunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə II Spartakiadanın açılış mərasimi keçirilib. Tədbirdə AMEA AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, AMEA AHİ Rəyasət Heyətinin üzvü, II Spartakiadanın Təşkilat Komitəsinin sədri Sitarə Bağırova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Təşkilat Komitəsinin üzvü Famin Salmanov və institutların ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Habil Qurbanov açıb. O deyib ki, bu spartakiada ikinci dəfədir AMEA rəhbərliyinin dəstəyi ilə təşkil olunur. Gələcəkdə voleybol və basketbol yarışlarının da keçirilməsi nəzərdə tutulur.

II Spartakiadanın Təşkilat Komitəsinin sədri Sitarə Bağırova çıxışında bildirib ki, yarışda 20 institut və təşkilat iştirak edir. Şahmat, dama və stolüstü tennis yarışları da Fizika İnstitutunda təşkil olunacaq.

Təşkilat Komitəsinin üzvü Famin Salmanov gənc alim və mütəxəssislərə AMEA-da göstərilən diqqət və qayğıdan bəhs edib. AMEA rəhbərliyinə və həmkarlar ittifaqı təşkilatlarına yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonra II Sparatakiadada futbol yarışlarına start verilib. Akademiyanın institutlarının komandaları arasında bir sıra görüşlər keçirilib.