İki atlet yüksək nəticə göstərib


Baxıldı : 81

Tarix : 2018-06-13 23:07:38


İyunun 8-9-da 2001-2002-ci il təvəllüdlü qızlar və oğlanlar arasında atletika üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda iştirak edən “Məhsul” İdman Cəmiyyətinin yetirmələri də mükafat qazanıblar. Kişilər arasında 800 metr məsafəyə qaçışda cəmiyyətin üzvü Leonid Kryukov birinci olub.

Qadınlar arasında 800 metr məsafəyə qaçışda isə cəmiyyətin daha bir atleti Brilyant Bayramova fərqlənib. O, finiş xəttini birinci keçib və fəxri kürsünün ilk pilləsində yer alıb.

Azər MUSTAFAYEV