İki gümüş medal qazanıb


Baxıldı : 61

Tarix : 2017-07-21 23:53:55


Gürcüstanın Svanetiya bölgəsinin Lentexi ərazisində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının  idmançılarının da iştirak etdiyi idman dırmanması üzrə beynəlxalq turnir keçirilib.

Sürət və çətinlik növü üzrə təşkil olunan yarışda ölkəmizi məşqçi Çingiz Tağızadənin rəhbərlik etdiyi yığmamızın üzvləri təmsil ediblər.

Təmsilçilərimiz uğurla çıxış edərək üç gümüş medal qazanıblar. Komanda üzvlərimizdən Gəray Əliyev sürət və çətinlik, Fuad Abdullayev isə yalnız çətinlik növü üzrə yarışda ikinci olublar.

Qeyd edək ki, beynəlxalq turnirdə sürət və çətinlik növü üzrə yarışda iki gümüş medal qazanan Gəray Əliyev Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Ekosport" İdman Klubunun  üzvüdür.

Azər MUSTAFAYEV