İki qızıl medal qazanıblar


Baxıldı : 43

Tarix : 2018-10-06 04:45:06


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı çempionatı keçirilib.

Yeddi klubun idmançılarının mübarizə apardığı yarışda “Məhsul” İdman Cəmiyyətinin yetirmələrinın göstərdiyi nəticələr də uğurlu olub. Cəmiyyətin iki atleti birinci yeri tutub.

Qadınlar arasında 2 kilometrə qaçışda Brilyant Bayramova birinci olub.

Kişilərin yarışında Nail Rzayev 6 kilometr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qalib və mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.