İkitərəfli müqavilə imzalandı


Baxıldı : 49

Tarix : 2018-06-02 02:30:59


Mayın 25-də Belarus Respublikasının Minsk şəhərində Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının (MOAP) iclası keçirilmişdir. İclasda regionlarda əmək qanunvericiliyi, həmkarlar ittifaqı haqqında qanunların tətbiqi və təkmilləşdirilməsi, qarşıda duran vəzifələr və sair məsələlərə baxılmışdır. Məsləhətləşmə Şurasının növbəti iclasının keçiriləcəyi vaxt və yer müəyyənləşdirilmişdir.

Tədbirdə Azərbaycan “Kənd-Qida-İş” Hİ Federasiyasının sədri, MOAP-ın sədr müavini Tofiq Quliyev çıxış edərək dedi ki, sahə həmkarlar ittifaqları öz ölkələrində iqtisadi islahatların aparılmasında, sahibkarlığın inkişafında, işçilərin əmək və sosial hüquqlarının müdafiəsi işində fəallığını daha da artırmalıdır. Fəaliyyətini sürətlə tərəqqi edən iqtisadi proseslərə uyğun qurmalıdır.

İclasda həmçinin Rusiya, Belarus, Qazaxıstan, Tacikistan sahə Hİ mərkəzlərinin məsul işçiləri iştirak edirdilər.

 Tofiq Quliyevə  Belarus Aqrar Sənaye Kompleksi  İşçiləri Həmkarlar İttifaqının “Xidmətlərinə görə” medalı təqdim olunub. Belarus və Azərbaycan sahə həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İclas iştirakçıları sonra Minsk Şampan Şərabları Zavoduna,  “Snov Agrokombinat”a gediblər. Bu müəssisələrin və onların həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsi ilə tanış olublar.