İşçilərin hüquqlarına hörmət edilməlidir


Baxıldı : 256

Tarix : 2015-01-17 13:20:00


Dünyanın iki ən böyük sement istehsalçısı \ Holcim\ və \ Lafarge\ 2014-cü ildə birləşməyə qərar vermişdi. Bu proses 2015-ci ilin ortalarında başa çatmalıdır. Yeni şirkətdə 130 min insan işləyəcək, onun dövriyyəsi isə 35 milyard avro olacaq.2014-cü ilin dekabrın 23-də hər iki şirkət birləşmələri barədə press-reliz yayıb. Burada yeni strukturun rəhbər orqanları, baş direktorun və idarə heyəti sədrinin təyinatı haqqında məlumat verilir. Birləşmənin əsas məqsədi səhmdarların gəlirinin artırılmasıdır. Lakin burada çalışacaq insanların taleyi barədə heç nə deyilmir, halbuki onların əməyi sayəsində hər iki şirkətin sərvəti formalaşıb.İstehsalçılar öz siyasətinin təməlinin davamlı inkisaf prinsiplərinə söykəndiyini bildiriblər. Bu, işçilərin hüquqlarına daima hörmətlə yanaşıldığı halda mümkündür. Ancaq rəhbərlik tərəfindən açıq dialoqdan imtina edilməsi nəticəsində birləşmə işçilər arasında inamsızlığa və ümidsizliyə səbəb olub. İxtisarlar və aktivlərin satışı işçilərin və onların nümayəndələrinin iştirakı olmadan həyata keçirilir.İndustriALL Qlobal İttifaqı və Avropa İnşaatçıların və Ağac Emalı Sənayesi İşçilərinin Federasiyası hər iki şirkətə məktubla müraciət edib. Həmkarlar ittifaqı təşkilatları onları tanımağa və prosesin ilkin mərhələsində iştirak etməyə icazə istəyib. Bu, işçilərin hüquqlarının və əmək şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Həmkarlar ittifaqları şirkət ilə yeni Beynəlxalq Çərçivə Sazişinin imzalanması və işçilərin problemlərinin müzakirəsi üçün görüş keçirilməsini təklif edir. Təklifdən imtina edilməsə də, müsbət cavab da verilməyib. Həmkarlar ittifaqları birgə diskussiyaların aparılması üçün təkid edəcəklərini və aşağıdakı tələblərin yerinə yetirilməsini israr ediblər:o Biznes bölmələrində çalışan işçilərin hüquqlarının müdafiəsini;o Birləşmə zamanı bütün kollektiv müqavilələrin yerinə yetirilməsini;o Beynəlxalq səviyyədə sosial dialoqun aparılmasını təmin etmək;o Birləşmə zamanı və ondan sonrakı prosesdə həmkarlar ittifaqları və işçilərlə məsləhətləşmə aparmaq.İşçilərin hüquqlarına hörmət etmədən birləşmək mümkün deyil!Elçin ZAKİRİ