İşçilərin əmək hüquqlarını pozan sahibkarlar cəzalandırılıb


Baxıldı : 201

Tarix : 2016-04-01 04:46:00


Hökumət sahibkarların hüquqlarının və mənafelərinin qorunması üçün ən mütərəqqi addımlar atsa da, bir çox hallarda işçilərin əmək hüquqlarının pozulmasında ən çox iştirak edənlər elə sahibkarların özləri olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı araşdırmalara görə, 2015-ci ildə əmək qanunvericiliyinə əməl olunmaması ilə bağlı aşkar edilən hüquq pozuntularının böyük bir hissəsi sahibkarlara məxsusdur. Xidmətin rəisi Fuad Əlizadə bildirib ki, əmək qanunvericiliyini pozanların 90%-i sahibkarlar olub və pozuntu halları əsasən işçilərin istirahət və əmək hüquqları, əməkhaqları və sosial ödənişlərin vaxtında verilməməsi ilə bağlıdır. Müfəttişliyin apardığı araşdırmalara görə, hesabat dövründə 10 mindən artıq müəssisədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı əksəriyyəti özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. ELBRUS