“İlin idman ictimai birliyi"


Baxıldı : 46

Tarix : 2017-12-27 19:15:37


Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində 2017-ci ilin idman yekunlarına görə, "Olimpnews.az" saytının ənənəvi sorğusuna əsasən qalib elan edilən şəxslərin mükafatlandırma mərasimi olub.

Xatırladaq ki, Milli Olimpiya Komitəsinin təsisçiliyi ilə fəaliyyət göstərən "Olimpnews.az" saytı ilin ən yaxşılarını müəyyənləşdirmək üçün çoxsaylı oxucuları, KİV nümayəndələri, idman təşkilatları arasında rəy sorğusu keçirib. Sorğuda idman rəsmiləri, idman təşkilatları, federasiyalar, klublar, cəmiyyətlər, məşqçilər və idmançılar qalib gəliblər.

Mərasimdə sorğunun nəticəsinə əsasən 27 nominasiya üzrə qalib elan edilən şəxslərə mükafatlar verilib.

"İlin idman ictimai birliyi" kimi "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi seçilib. Bu mükafat Cəmiyyətin il ərzində qazandığı uğurlara görə verilib.

Azər MUSTAFAYEV